Rusiyada generalı maşında partladıb öldürdülər - FOTO - VİDEO - YENİLƏNİB

Balaşixada avtomobil partlayışında həlak olan şəxs Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Əsas Əməliyyat İdarəsinin rəis müavini general-leytenant Yaroslav Moskalik olub.
Avtosfer.az xəbər verir ki, bu barədə TASS-a Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.
"Mövcud məlumatlara görə, partlayış zədələyici elementlərlə doldurulmuş özəl hazırlanmış partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib", - deyə o bildirib.

***14:11
Rusiyanın Moskva vilayətinin Balaşixa şəhərində baş vermiş avtomobil partlayışı nəticəsində bir hərbi qulluqçu həlak olub.
Avtosfer.az bu barədə "BAZA" "Telegram" kanalına istinadla xəbər verir.
Məlumata görə, həlak olan şəxs Rusiya Müdafiə Nazirliyinin 59 yaşlı generalı Yaroslav Moskalikdir. O, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Əsas Əməliyyat İdarəsi rəisinin müavini vəzifəsində çalışıb.
Hadisə generalın park edilmiş "Volkswagen Golf" markalı avtomobilin yanından keçdiyi anda baş verib. Maşına quraşdırılmış bomba partlayaraq, onu bir neçə metr məsafəyə atıb.
Qeyd edək ki, general Moskalik 2021-ci ildə Əsas Əməliyyat İdarəsi rəisinin müavini təyin olunmuşdu.


Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












