Rusiyada məhbus qatarda konvoy əməkdaşını öldürdü - Yaralılar var

Rusiyanın Kabarda-Balkariya Respublikasından keçən qatarda məhbus konvoy əməkdaşına hücum edərək, onun xidməti silahını ələ keçirib. Hadisə nəticəsində bir Federal Penitensiar Xidmət əməkdaşı həlak olub, üç nəfər yaralanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə RBK hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə məhkum edilən şəxs Murtazovo stansiyası yaxınlığında tualetə aparılarkən əməkdaşa hücum edib və onun silahını ələ keçirib. Hücum edən şəxs daha sonra zərərsizləşdirilib.
Federal Penitensiar Xidmət hadisəni təsdiqləyib. Qurum məhbusların iğtişaş törətdiyi və vaqonda barrikada qurduğu barədə yayılan məlumatları təkzib edib. Mülki şəxslər arasında itki olmadığı bildirilib.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












