Rusiyada müəllimin azərbaycanlı ailənin övladı barədə sözləri qalmaqal yaradıb - FOTO

Rusiyanın Yekaterinburq şəhərində Ural Federal Universitetinin müəllimi Yuliya Volkovanın açıqlamaları qalmaqala səbəb olub. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, maliyyə və kredit kafedrasının baş müəllimi sosial şəbəkədə tələbəsinin və onun övladının fotosunu paylaşaraq təhqiramiz şərhlər yazıb.
O, qızın xarici görünüşü ilə bağlı "bütün azərbaycanlı ailələr məni bağışlasın, amma belə gözəl insanlardan niyə belə çirkin uşaqlar doğulur" ifadəsini işlədib və uşağın artıq çəkisinin olduğunu bildirib.
Uşağın anası sosial şəbəkələrdə bildirib ki, məsələ ilə bağlı prokurorluğa müraciət edib. Onun sözlərinə görə, qızın səhhətində problemlər var və artıq çəki qəbul etməsi dərman qəbul etməsi ilə bağlıdır:
"O, uşağın ən uğursuz fotosunu paylaşıb. Necə olur ki, başqasının uşağını paylaşaraq onun çirkin olduğunu yazır?"
Ural Federal Universitetindən bildirilib ki, faktla bağlı araşdırma aparılır və nəticəyə uyğun qərar veriləcək.

Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












