Rusiyada törətdiyi qətldən 14 il sonra saxlanıldı - Məhkəməsi olacaq

2012-ci il dekabrın 24-ü Rusiyada Ələs Süleymanovun öldürülməsi və Səxavət Qurbanovun öldürülməsinə cəhd edilməsi faktları üzrə Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva vilayəti üzrə İstintaq İdarəsinin Korolyov şəhər İstintaq Şöbəsində cinayət işi başlanılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
İstintaq zamanı toplanmış sübutlar əsasında 2013-cü il fevralın 21-də 1987-ci il təvəllüdlü Gəncə şəhər sakini İsmayıl-Nəcat Elgün Nazir oğlunun təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilib, istintaqdan yayındığına görə barəsində axtarış elan olunub.
2021-ci il avqustun 21-də cinayət işinin aidiyyəti üzrə Azərbaycan Respublikasına göndərilməsi barədə qərar qəbul edilib, cinayət işi Azərbaycan Respublikasının Baş Prokurorluğuna daxil olduqdan sonra ibtidai istintaqın davam etdirilməsi üçün Gəncə Şəhər Prokurorluğuna göndərilib.
Gəncə Şəhər Prokurorluğunda aparılan istintaq zamanı İsmayıl-Nəcat Elgün Nazir oğlunun axtarışı davam etdirilib, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 2026-cı il fevralın 7-si saxlanılıb, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Gəncə Şəhər Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
İbtidai istintaq zamanı toplanmış sübutlarla İsmayıl-Nəcat Elgün Nazir oğlunun aralarında yaranmış mübahisə səbəbindən qisas almaq məqsədilə Səxavət Qurbanovu öldürmək niyyəti ilə sonuncunun işlədiyi avtomobil təmiri servisinin qarşısında deşici-kəsici alətlə ona müxtəlif xəsarətlər yetirməsinə, hadisə zamanı Səxavət Qurbanovu müdafiə etmək məqsədilə ictimai borcunu yerinə yetirərək münaqişəyə müdaxilə etmiş Ələs Süleymanovu isə xuliqanlıq niyyəti ilə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında İsmayıl-Nəcat Elgün Nazir oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.3 (zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürmə), 29,120.2.10 (təkrar qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (xuliqanlıq) maddələri ilə yenidən ittiham elan edilib.
Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bakı-Ələt yolunda "Formula yarışı": Plastik maneələr sürücülərə təhlükə yaradıb - VİDEO
Taksidə söyüş söyüb pulu ödəmədən getdilər - BAKIDA - VİDEO
Xırdalanda “Hyundai” yandı - VİDEO
Paytaxtda dəhşətli qəza: ÖLƏN VAR
Bakıda yaşayış binasında yanğın olub - VİDEO
Boşanmaq üzrə olduğu arvadına silahla atəş açdı - VİDEO
Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb - YENİLƏNİB
Kiberpolis əməliyyat keçirdi: Elcan Cəfərov saxlanıldı - VİDEO
Avtomobilini qarajda saxlayanlara XƏBƏRDARLIQ; yana bilər
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə DRONLA HÜCUM EDİLDİ - VİDEO










