Rusiyanın sosis markasının məhsullarında salmonella aşkarlandı: AQTA araşdırma aparır - FOTO

Rusiyanın Tver vilayətindəki uşaq düşərgəsinə gətirilən "Papa mojet" sosislərində salmonella aşkar edilməsi məlumatından sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən məsələ nəzarətə götürülüb.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.
Bildirilib ki, məlumat əsasında məsələ nəzarətə götürülüb, araşdırma aparılır, əlavə məlumat veriləcək.
***
Rusiyanın Tver vilayətindəki uşaq düşərgəsinə gətirilən "Papa mojet" sosislərində salmonella aşkar edilib.
Avtosfer.az xəbər verir ki, bu məlumatı "SHOT PROVERKA" "Telegram" kanalı üzə çıxarıb.
Qeyd olunur ki, təhlükəli qida məhsulu Ostaşkov yaxınlığında yerləşən "Çayka" düşərgəsində tapılıb.
"Rosselxoznadzor" tərəfindən "Papa mojet" brendinə məxsus "Moloçnıye Premium" sosisləri analizə götürülüb. Laboratoriya yoxlaması nəticəsində məhsulda patogen mikroorqanizmlər, o cümlədən salmonella bakteriyası müəyyən edilib.
İnfeksiyaya yoluxmuş məhsul yüksək hərarət, qusma, ishal və susuzlaşma ilə müşayiət olunan qida zəhərlənməsinə səbəb ola bilər. Bu xəstəlik xüsusilə uşaqlar üçün böyük risk daşıyır.

Sözügedən sosislər Smolensk vilayətindəki "Qaqarin-Ostankino" müəssisəsində istehsal olunub. Tədqiqatların yekunlarına əsasən, məhsulun təhlükəsizlik standartlarına cavab vermədiyi təsdiqlənib.
Daha əvvəl də "Ostankino MPK" istehsalı olan südlü sosislərdə salmonella, hisə verilmiş servelatda qadağan olunmuş mikrob transqlütaminazası, yəni "ət yapışqanı" aşkarlanmışdı. Təkrar qayda pozuntularından sonra "Rosselxoznadzor" müəssisə məhsullarının laborator nəzarətini gücləndirərək ixracın dayandırıla biləcəyi barədə xəbərdarlıq etmişdi.
Qeyd edək ki, adıçəkilən sosis məhsulları ölkəmizdə də kifayət qədər məşhurdur...
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












