Rusiyaya edilən hücum DƏHŞƏT SAÇDI - FOTO

Rusiyanın Bryansk vilayətində sərnişin avtobusu pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Bryansk vilayətinin qubernator səlahiyyətlərini icra edən Yeqor Kovalçuk məlumat verib.
Məlumata görə, avtobus Belarusun Qomel şəhərindən olan uşaq futbol komandasını Gelencikə istirahətə aparırmış. Hadisə nəticəsində komandanı müşayiət edən bir qadın həyatını itirib, altı nəfər yaralanıb. Yaralananlar arasında dörd azyaşlı uşaq da var.
Bütün yaralılar xəstəxanaya çatdırılıb və onlara zəruri tibbi yardım göstərilir. Digər sərnişinlərin isə yaxın vaxtlarda evlərinə qaytarılacağı bildirilib.
Qeyd edək ki, Bryansk vilayəti son aylarda mütəmadi olaraq pilotsuz uçuş aparatlarının hücumlarına məruz qalır. Bundan əvvəl də bölgədə müxtəlif hücumlar nəticəsində ölən və yaralananların olduğu açıqlanmışdı.


Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












