Sabiq baş konsula cinayət işi açıldı - Qızıl qaçaqmalçılığı... - YENİLƏNİB

Külli miqdarda qızıl qaçaqmalçılığında təqsirləndirilən Azərbaycanın Sankt-Peterburuqdakı sabiq Baş konsulu Sultan Qasımov barədə yeni detallar məlum olub.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, cinayət işi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində araşdırılıb.
Məlum olub ki, zərərçəkənlərə 200 min manatdan çox məbləğdə ziyan dəyib.
Ümumi ziyanın bir qismi istintaq dövrü ərzində ödənilib.
***11:36
Azərbaycanın Sankt-Peterburuqdakı sabiq Baş konsulu qaçaqmalçılıqda ittiham olunur.
Avtosfer.az Apa-ya istinadən xəbər verir ki, sabiq konsul Sultan Qasımov külli miqdarda qızıl qaçaqmalçılığında təqsirləndirilir.
Cinayət işi prokurorluqda araşdırılıb. Ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb, cinayət işinin istintaqı yekunlaşıb və məhkəməyə göndərilib.
Yaxın zamanlarda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.
Qeyd edək ki, Sultan Məhəmməd oğlu Qasımov 2009-cu ildə Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının ilk Baş konsulu təyin olunub, 2016-cı ildə isə Baş konsul vəzifəsindən geri çağırılıb.
O, 3 may 2016-cı ildə Azərbaycanın Sankt-Peterburq şəhərində Baş konsulu vəzifəsinə təyin edilib. 2024-cü il oktyabrın 21-də isə bu vəzifədən geri çağırılıb.
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR












