Sabirabaddakı qətlin TƏFƏRRÜATI: 42 yaşlı qadın yataq otağında GÜLLƏLƏNDİ - YENİLƏNİB

Sabirabadda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 10 radələrində rayonun Qardaşkənd kəndində baş verib.
Qətl hadisəsini törətməkdə şübhəli bilinən kənd sakini, 1986-cı il təvəllüdlü Murtuz Xudaverdi oğlu Məmmədov subay olub və valideynləri ilə bir evdə yaşayırmış. Qətlə yetirilən bacısı 1983-cü il təvəllüdlü Ülviyyə Xudaverdi qızı Məmmədova isə bir neçə il əvvəl ilk dəfə kənd sakini ilə ailə həyatı qursa da, bir müddətdən sonra boşanıb. O, iki il əvvəl Bakı şəhərində tanış olduğu oğlanla yenidən ailə həyatı qurub. Amma Ülviyyə 6 ay əvvəl ondan da boşanıb və yenidən atasının evinə qayıdıb.
İlkin ehtimala görə bu gün səhər saatlarında M.Məmmədov bacısının yataq otağına daxil olub və bir neçə dəqiqədən sonra otağı tərk edib. O, evdə özünə məxsus ov tüfəngini götürərək yenidən yataq otağına daxil olub və bacısına boğaz nahiyəsindən atəş açıb. Qadın aldığı xəsarətdən hadisə yerində keçinib.
Dərhal hadisə yerinə polis əməkdaşları gəliblər və M.Məmmədov saxlanılıb.
Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
***
Sabirabad rayonunda dəhşətli qətl hadisəsi olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qardaşkənd ərazisində baş verib.
Belə ki, 1983-cü il təvəllüdlü Ülviyyə Xudaverdi qızı Məmmədova ov tüfəngindən açılan atəş nəticəsində qətlə yetirilib.
Hadisədə mərhumun qardaşı, 1986-cı il təvəllüdlü Murtuz Xudaverdi oğlu Məmmədov şübhəli bilinir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyatla M. Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












