Şabranda kanaldan meyiti tapılan şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Samur-Abşeron kanalının Şabran rayonu Gəndob kəndi ərazisindən keçən hissəsində meyiti tapılan qadının kimliyi məlum olub.
Avtosfer.az report-a istinadən xəbər verir ki, həmin şəxsin oktyabrın 3-də itkin düşən Xaçmaz rayon Hacıəlibəy kənd sakini 1995-ci il təvəllüdlü Cəfərova Kübraxanım Cəlil qızı olduğu müəyyənləşib.
Onun hansı şəraitdə kanala düşməsi məlum deyil. Qadının intihar etməsi, yaxud digər cinayətin qurbanı olması aparılan araşdırmalardan sonra bəlli olacaq.
Faktla bağlı Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
***
Samur – Abşeron kanalının Şabran rayonunun Gəndob kəndi ərazisindən keçən hissəsində qadın cəsədi aşkarlanıb.
Avtosfer.az xəbər verir ki, kanalın dəmir barmaqlıqlarına ilişmiş meyiti suyun səviyyəsi yüksək olduğu üçün hələ ki sudan çıxartmaq mümkün olmayıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Suda aşkarlanmış cəsədin kimliyi bəlli deyil.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












