Şabranda seldə həyatını itirən neftçilərin sayı 3-ə çatdı - FOTO

Şabrançayda daha bir nəfərin meyiti tapılıb.
Avtosfer.az-ın məlumatına görə, “Siyəzənneft”in əməkdaşı, Siyəzən rayon sakini, 63 yaşlı Füzuli Mövlud oğlu Paşayevin meyiti tapılıb.
Onun cəsədini dalğıclar Şabran rayonu Dağbilici kəndi yaxınlığında tapıblar.
Qeyd edək ki,onunla birlikdə seldə boğularaq həyatını itirən Məmmədov Nurməmməd Qəhrəman oğlu və Nağıyev Etibar Hafiz oğlu da “Siyəzənneft” Neft-Qaz Çıxarma İdarəsinin əməkdaşı imişlər.
**
Şabranda eyniadlı çayın kənarında mehiti tapılan 63 yaşlı neftçi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Avtosfer.az-ın “Bizim.Media”ya istinadən məlumatına görə, Siyəzən neft və qazçıxarma idarəsinin işçisi olan Füzuli Paşayevin ötən gün istirahət günü imiş.
O, yaşadığı kənddə tərəvəz sahəsində işləyərkən güclü selə məruz qalıb və həyatını itirib.
Mərhumun ailə üzvləri onun evə gəlmədiyini görüb Şabran polis şöbəsinə müraciət ediblər. Qızının müraciəti əsasında Şabran polisinin Şabrançayın Düzbilici kəndi ərazisində keçirdiyi tədbirlər nəticəsində Füzuli Paşayevin meyiti tapılaraq ailəsinə təhvil verilib.


Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












