Şairə qarşı yeddi min manatlıq dələduzluq: Qiraətçiyə cinayət işi açıldı

Azərbaycanda bədii qiraətçi şairə qarşı dələduzluq edib. Avtosfer.az Lent.az-a istinadla xəbər verir ki, 31 yaşlı Aysel Əhədova (ad və soyad şərtidir - red.) dələduzluqda ittiham olunur.
İttiham aktına görə, o, iki nəfəri SOCAR-da tibb bacısı vəzifəsinə düzəltmək üçün müvafiq olaraq onlardan 3 633 və 1 850 manat pul alıb. Həmçinin "Instagram"da tanış olduğu şairin şeirlər kitabını çıxarmaq adı ilə ondan 7 min manat pul alıb.
Lakin Aysel Əhədova verdiyi vədləri yerinə yetirməyib. Zərərçəkənlərin şikayəti əsasında qadın saxlanılaraq barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu deyərək barəsində amnistiya aktının tətbiq olunmasını istəyib.
Zərərçəkənlər onlara dəyən ziyanın ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayətlərinin olmadığını bildiriblər.
Zərərçəkən şair bildirib ki, Ayseli "Instagram"da qiraətçi kimi tanıyıb. Aysel onun şerlərini səsləndirib. Sonrakı tanışlıq zamanı Aysel onun 3 000 tirajdan ibarət kitabının nəşr olunmasına və ayrı-ayrı yerlərdə təqdimatının keçirilməsinə söz verib. Bunun üçün ondan 7 000 manat pul alıb. Lakin sonradan Aysel bu məsələnin alına bilməyəcəyini deyib. Zərərçəkənin sözlərinə görə, Aysel dəymiş ziyanın 6 993 manatını qaytarıb. Ona qarşı şikayət və tələbi yoxdur.
Məhkəmənin qərarı ilə Aysel Əhədova barəsində amnistiya aktı tətbiq olunub və o, cinayət məsuliyyətindən azad edilib.
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO












