Salyanda 15 min manatlıq dələduzluq

Salyan rayonunda dələduzluq edən şəxsə hökm oxunub. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Salyan rayon sakini F.Əliyeva zərərçəkmiş şəxsə barəsində cinayət işi olan oğluna yüngül cəza təyin etdirəcəyini, ondan ayrı yaşayan nəvələrini öz analarından alaraq, atasının himayəsinə verilməsi və qızını işə düzəldəcəyini vəd edərək 15 500 manat alıb.
Lakin F.Əliyeva verdiyi vədi yerinə yetirmədiyinə görə zərəçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib.
F.Əliyeva saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə ittiham elan edilib. Həmçinin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işinə Salyan Rayon Məhkəməsində hakim Adil Vəliyevin sədrliyi ilə baxılıb.
F.Əliyeva məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, dəymiş ziyanın müəyyən hissəsini ödəyib.
Məhkəmənin hökmü ilə F.Əliyeva 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












