Sarayda avtomobil PARTLAYIB: Xəsarət alan var - YENİLƏNİB

Abşeron rayonunun Saray qəsəbəsində minik avtomobilinin partlaması nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, may ayının 7-də saat 11:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Saray qəsəbəsindən yanğın baş verməsi səbəbilə çağırış qeydə alınıb.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1995-ci il təvəllüdlü şəxs (kişi) üz nahiyəsinin termiki yanığı diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospital olunub.
Üzün, boynun, hər iki saidin, əllərin arxa səthinin II-II dərəcəli yanığı diaqnozları təyin edilən pasiyentə Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib. Daha ixtisaslı xidmət üçün Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub.
Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində zəruri tibbi yardım göstərilən şəxsin vəziyyəti stabil qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.
***12:37
Abşeron rayonunun Saray qəsəbəsində minik avtomobili partlayıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, "Chevrolet" markalı minik avtomobilinin partlaması nəticəsində bir nəfər xəsarət alıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən fakt təsdiqlənib.
Qeyd olunub ki, hadisə bu gün saat 9 radələrində baş verib.
"Chevrolet Cobalt" markalı minik avtomobilində partlayış baş verib. Yanğın qeydə alınmayıb. Avtomobilin sürücüsü xəsarət alıb", - deyə məlumatda bildirilir.
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO











