Saxta plastik cərrah vətəndaşı şikəst qoydu — AÇIQLAMA

Sosial şəbəkədə yayılan iddiaya görə “TikTok” platformasında qarşısına çıxan estetik mərkəzə müraciət edən və özünü plastik-estetik cərrah kimi təqdim edən şəxs tərəfindən əməliyyat olunan vətəndaşın evinə iflic vəziyyətində qayıtdığı bildirilir. Bu cür hallar tibbi fəaliyyətin qanuniliyinin, həkimlərin ixtisas uyğunluğunun və pasiyent hüquqlarının qorunması məsələsini yenidən gündəmə gətirir.
Avtosfer.az xəbər verir ki, hüquqşünas Cavanşir Qasımzadə Demokrat.az-a bildirib ki, vətəndaşlar əməliyyat olunacaqları, hətta sadə müayinəyə gedəcəkləri həkimlərin etibarlılığını əvvəlcədən yoxlamalıdırlar.
“Burada demək olmaz ki, sosial şəbəkədə, məsələn, TikTok-da hesabı olan bütün həkimlər saxtadır və ya əksinə, hesabı varsa, deməli, mütləq güvəniləndir. Eyni zamanda sosial mediada olmamaq da həkimin avtomatik olaraq etibarlı olması demək deyil. Əsas məsələ odur ki, vətəndaş mütləq araşdırma aparmalı, həmin şəxsin həqiqətən bu peşənin sahibi olub-olmadığını, ixtisasının və sertifikatlarının mövcudluğunu yoxlamalıdır. Plastik cərrahlarla bağlı son dövrlərdə müəyyən tənzimləmələr və sertifikatlaşdırma tədbirləri həyata keçirilib. Çünki hər cərrah plastik cərrah hesab oluna bilməz. Lakin artıq xoşagəlməz hadisə baş veribsə, pasiyent ilk növbədə sağlamlığı ilə bağlı etibarlı tibb müəssisəsinə müraciət etməli və yenidən müayinədən keçməlidir” – o bildirib.
Hüquqşünas bildirib ki, bununla yanaşı, vaxt itirmədən hüquq-mühafizə orqanlarına müraciət olunmalıdır:
“Çünki burada bir neçə cinayət tərkibi yarana bilər və araşdırma çərçivəsində mütləq məhkəmə-tibbi ekspertizası təyin olunur. Bəzən vətəndaşlar həkimə və ya hüquq-mühafizə orqanlarına gec müraciət edirlər. Halbuki, əgər həkimin əməlində cinayət tərkibi varsa, vaxtında müraciət edilməməsi sonradan bunu sübut etməyi çətinləşdirə bilər. Ekspertiza nəticəsində sağlamlığa vurulan zərərin olub-olmaması və bunun konkret həkimin fəaliyyəti ilə əlaqəli olub-olmaması müəyyən edilir. Şəxs zərərçəkmiş kimi tanındıqdan sonra isə həm maddi, həm də mənəvi ziyanın ödənilməsi ilə bağlı kompensasiya tələbi irəli sürə bilər. Həmçinin, əməliyyatın fəsadlarının aradan qaldırılması üçün tələb olunan əlavə xərclərin də qarşılanması tələb oluna bilər”.
Qeyd edək ki, tibbi xidmət sahəsində qanunvericiliyin tələblərinə əməl olunması həm həkim, həm də pasiyent üçün hüquqi təminat yaradır.
Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü - VİDEO
Agentlik yolu təmir etdi; vətəndaşın evini su basdı – VİDEO
Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu
Sərxoş sürücü qandallanaraq sərhədə gətirildi
“Boeing” şirkəti cərimələndi
Bakıda taksi çağıran türkiyəli turist maşını özü sürdü - Sürücü yuxuladı - VİDEO
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
Bakı-Qazax yolunda TIR yanır - VİDEO
Ağdamda traktor minaya DÜŞDÜ - YENİLƏNİB










