Şəhərin mərkəzində “Prius” keçiddən keçən piyadanı vurub yerə yıxdı - REAL VİDEO

Paytaxtda yolayrıcında piyadanın vurulma anının görüntüsü anbaan avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 5-də saat 13:43 radələrində qeydə alınıb. Belə ki, sola dönən “Toyota Prius” markalı avtomobil piyada keçidindən keçən gənc oğlanı vurub. Yerə yıxılan piyadanı görən sürücü dərhal nəqliyyat vasitəsini saxlayıb. Xoşbəxtlikdən hadisə zamanı gənc xəsarət almayıb və ayağa qalxıb.
Bəzən piyadalar hərəkətdə olan maşınlara əhəmiyyət vermədən yolu keçirlər. Digər variantda sürücü işıqfora və dayanmış nəqliyyat vasitələrinə fikir vermədən hərəkət edir və piyadanı vurur. Bəzi hallarda isə keçiddən keçən piyada sürücünün kor nöqtəsinə düşdüyü üçün qəza qaçılmaz olur.
Belə halın baş verməməsi üçün həm piyada, həm də sürücü diqqətli olmalıdır. Hər bir sürücü keçidə yaxınlaşan zaman sürət həddini aşağı endirməli, piyada isə nəqliyyat vasitələrinin dayandığına əmin olduqdan sonra keçiddən keçməlidir.
Nərmin
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












