Şəhidin xanımını öldürən qaynına cəza verildi

Xızı rayonu Giləzi qəsəbəsində 1999-cu il təvəllüdlü qardaşı arvadı Ləman Qurbanovanı qətlə yetirən 1984-cü il təvəllüdlü qaynı Taleh Qurbanova hökm oxunub.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, 2022-ci ildə şəhid olmuş Saleh Qurbanovun xanımını boğaraq öldürən qardaşı Taleh Cinayət Məcəlləsinin 120.2.2-ci (Xuliqanlıq niyyətilə adam öldürmə) maddəsi ilə təqsirli bilinib.
Araşdırmalar zamanı məlum olub ki, S.Qurbanov şəhid olandan sonra onun ailəsində problemlər yaranıb. Şəhidin qardaşı Ləmanın “TikTok” səhifəsi açmasına qarşı çıxaraq onu döyüb. O, Salehin sağlığında arvadının sosial şəbəkələrdən istifadə etmədiyini və indi də bunun yolverilməz olduğunu düşünüb. Ləman isə “Sənsiz həyat” adlı səhifəsində yalnız mərhum həyat yoldaşı ilə bağlı paylaşımlar etdiyini və 20-25 nəfər tanışının bunu bəyəndiyini bildirib. Hadisədən bir neçə gün əvvəl isə Ləmanın qaynı onun telefonunu əlindən alaraq sındırıb.
Bundan sonra da ailədə münasibətlər kəskin olaraq qalıb və Ləman qayınatasının evini tərk edərək atası evinə qayıtmaq istəyib. Lakin qaynı Taleh və digər qohumları şəhidlə bağlı verilmiş bank kartlarının onlarda qalmasını tələb ediblər. Həmin gün onlar Ləmanı pirə apararaq fikrindən daşındırmaq istəyiblər. Lakin pirdən qayıtdıqdan sonra Taleh evdə Ləmana hücum edərək onu boğmaqla qəsdən həyatdan məhrum edib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Qurbanova 17 il həbs cəzası verilib.
Qeyd edək ki, Saleh Qurbanov 2022-ci il sentyabrın 12-də Ermənistan silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












