Şəkidə 85 yaşlı kişi evdə yanaraq öldü - YENİLƏNİB

Şəkidə 85 yaşlı kişinin evində yanaraq həyatını itirməsinin bəzi detalları məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə gecə saat iki radələrində rayonun Bideyiz kəndində baş verib .
Kənd sakini, 85 yaşlı Əli Saat oğlu Xasıyevin iki övladı olsa da, evində tək yaşayırmış. Onun bir oğlu Bakıda, digər oğlu isə elə həmin kənddə yaşayırmış. Amma Ə.Xasıyev özünə məxsus evdə tək qalırmış. O, həmçinin son vaxtlar yeriməkdə də çətinlik çəkirmiş.
Ə.Xasıyevin evinə qaz xətti çəkilsə də, o, odun peçindən istifadə edib. Hadisənin də məhz odun peçindən qaynaqlandığı bildirilir. Belə ki, gecə saatlarında odun peçindən baş verən yanğını Ə.Xasıyev söndürə bilməyib. Nəticədə ev tamamilə alışıb və o, yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
***09:23
Şəkidə 85 yaşlı kişi fərdi yaşayış evində yanaraq ölüb.
Avtosfer.az APA-ya istinadla xəbər verir ki, gecə saat 2 radələrində rayonun Bideyiz kəndində, kənd sakini 85 yaşlı Əli Saat oğlu Xasiyevə məxsus, ümumi sahəsi 100 m² olan kürsülü birmərtəbəli iki otaq və eyvandan ibarət olan fərdi yaşayış evində yanğın baş verib.
Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yanğından sonra keçirilən baxış zamanı ev sahibi Ə.Xasiyevin yanmış meyiti aşkar olunub.
Yanğının söndürülməsi üçün əraziyə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












