Səkkiz avtomobil götürdü, sonra ŞOK YAŞADI: Hər maşına dörd min manat cərimə - VİDEO

Baku TV-nin qaynar xəttinə "Xalq 11" lizinq şirkəti barədə şikayət daxil olub. Şikayətçi Murad Qədimov bildirir ki, 2025-ci ildə "Xalq 11" lizinq şirkətindən 8 avtomobil götürüb.
Onun sözlərinə görə, hər avtomobil üçün 8 min manat ilkin ödəniş edib, aylıq ödəniş isə 762 manat müəyyənləşdirilib.
Vətəndaş iddia edir ki, müqavilədə ödəniş tarixi ayın 25-i göstərilsə də, şirkətin əməkdaşı ona ödənişləri hər ayın 5-dən 5-nə qədər etməli olduğunu bildirib. O, bir müddət ödənişləri bu qaydada həyata keçirdiyini deyir. Daha sonra maddi çətinliklərlə üzləşən şikayətçi avtomobillərdən üçünü satışa çıxarmaq qərarına gəlib. Lakin satış zamanı məlum olub ki, ödəniş gecikdiyi üçün hər avtomobilə 4185 manat məbləğində cərimə hesablanıb.
Murad Qədimov qeyd edir ki, ümumilikdə 12 min manatdan çox ödəniş edib və avtomobillərdən üçü başqa şəxslərin adına keçirilib. Şirkət tərəfindən problemin araşdırılacağı və qısa müddətdə həll ediləcəyi bildirilsə də, məsələ iki ay ərzində həllini tapmayıb.
Onun sözlərinə görə, bu müddətdə avtomobillərə yol vərəqələri də verilməyib. Buna görə də nəqliyyat vasitələrini idarə edə bilməyib və ödənişləri həyata keçirməyib:
"Yol vərəqələrini vermədikləri üçün avtomobilləri idarə edə bilmədim və iki ay avtomobillər dayanacaqda qaldı. 12 min manatlıq ödənişimlə bağlı hər hansı açıqlama vermədikləri üçün bu müddət ərzində ödəniş edə bilmədim. Sonra xəbərim olmadan gəlib avtomobilləri götürüblər və bildirdilər ki, avtomobillərim satışa çıxarılır".
Şikayətçi ödənişlərinin və avtomobillərə hesablanan cərimələrin araşdırılmasını, məsələyə aydınlıq gətirilməsini tələb edir.
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO












