Sənaye ərazisində park edilmiş 5 avtomobil yandırıldı

Türkiyənin Mersin vilayətinin Tarsus rayonunda müəmmalı hadisə baş verib.
Avtosfer.az türk mediasına istinadən xəbər verir ki, təmir üçün sənaye zonasına gətirilən 5 avtomobil naməlum şəxs tərəfindən yanıcı maddə ilə yandırılıb.
Hadisə gecə saatlarında Tekke məhəlləsindəki sənaye sahəsində baş verib. Məlumata görə, kimliyi hələ müəyyənləşdirilməmiş şəxs, təmir üçün gətirilərək obyektlərin qarşısında park edilmiş 5 avtomobilin üzərinə yanıcı maddə tökərək onları od vurub yandırıb.
Ərazidən qalxan alovu görən vətəndaşlar dərhal polisə və yanğınsöndürənlərə məlumat veriblər. Qısa müddətdə hadisə yerinə çatan Mersin Böyükşəhər Bələdiyyəsinə bağlı Tarsus Yanğınsöndürmə Xidməti alovları nəzarət altına alıb. Yanğın nəticəsində bütün avtomobillər ciddi şəkildə zərər görüb.
Polis hadisədən sonra ərazidəki təhlükəsizlik kameralarının görüntülərini araşdırıb. Kadrlarda kapüşonlu bir şəxsin ətrafa baxındıqdan sonra yerə atılmış "köpük" adlı yanıcı maddəni götürərək irəlilədiyi anlar qeydə alınıb.
Hazırda polis şübhəlinin kimliyinin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində araşdırmaları davam etdirir. Hadisə ilə bağlı istintaq başladılıb.(sonxeber)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












