Sərhəd məntəqəsində avtomobildən külli miqdarda qızıl tapıldı

Serbiyanın Horgos Sərhəd Keçid Məntəqəsində bir avtomobildə aparılan axtarış zamanı oturacağın altına gizlədilmiş, dəyəri təxminən 42 min avro (1 milyon 978 min TL) olan qızıl zinət əşyaları aşkar edilib. Həm qızıllara, həm də avtomobil müvəqqəti müsadirə edilib.
Avtosfer.az xəbər verir ki, Serbiya Gömrük İdarəsinin 30 iyul tarixli açıqlamasına əsasən, həmin avtomobil Macarıstana keçmək istəyərkən yoxlamaya cəlb edilib. Axtarış zamanı avtomobilin oturacağının altında yerləşən çantadan 3 boyunbağı, 14 bilərzik, 4 üzük, 1 cüt sırğa, 5 böyük və 7 kiçik qızıl sikkə olmaqla ümumilikdə 464 qramlıq zinət əşyası tapılıb. Rəsmilər bu qızılların bəyan edilmədiyini və dəyərinin 42 min avro civarında olduğunu bildiriblər.
Qanunvericiliyə görə, gömrükdə saxlanılan əşyaların dəyəri avtomobilin ümumi dəyərinin üçdə birini keçərsə, avtomobilə də əl qoyula bilər. Bu qaydaya əsasən, həmin avtomobil də müvəqqəti olaraq saxlanılıb. Avtomobilin taleyi hüquqi prosedurdan sonra müəyyən olunacaq.
Serbiya Gömrük Xidməti yay aylarında sərhəd keçidlərinin artması ilə bu cür halların çoxaldığını bildirərək, sərnişinlərə qızıl, valyuta və digər dəyərli əşyaları bəyan etmələri ilə bağlı bir daha xəbərdarlıq edib.(news24.az)
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO












