Sevgililər Günündə təcili yardımdan tort istədi, cərimələndi

Türkiyənin Muğla vilayətində 14 fevral Sevgililər Günü münasibətilə baş verən gülməli, amma ciddi nəticələnən hadisə sosial medianın diqqətini çəkib.
Avtosfer.az xəbər verir ki, şəhərin 112 Təcili Yardım Çağrı Mərkəzinə zəng edən kişi, təcili yardım üçün deyil, sadəcə tort sifariş etmək istəyib. Bu səbəbdən ona 1 882 lirə (73 manat) cərimə kəsilib.
Adı açıqlanmayan şəxslə təcili yardım işçisi arasında belə bir dialoq olub:
- 112 Təcili Yardım Mərkəzi, buyurun.
- Biz sevgilimlə çox xoşbəxtik. 112 bizə kömək edə bilərmi? Yaxud xoşbəxtliyimizə bir qatqısı ola bilərmi?
- Sizin xoşbəxtliyinizə necə bir qatqı verə bilərik, bəy?
- Nə bilim, bir pasta göndərə, bir şeylər göndərə bilərsiniz. Yəni bilmirəm.
- Siz təcili yardıma ehtiyacı olan vəziyyətdəsiniz, bəy?
- Yox.
- Xahiş edirik, 112 təcili çağrı xəttini lazımsız zənglərlə məşğul etməyin. Təcili yardıma ehtiyacınız olmadığı üçün zəngi sonlandırıram.
112 Təcili Yardım Xidməti yayımladığı açıqlamada qeyd edib ki, “Eşq gözəldir, amma 112 acil çağrı ciddi bir işdir. Bəzi ürək çırpıntıları üçün 112 aranmaz”, - xəbərdarlığı ilə paylaşımını bitirib.
Hadisə sosial şəbəkələrdə həm əyləncəli, həm də maarifləndirici paylaşım kimi gündəmə gəlib. (Yenisabah.az)
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO












