Sevgilisindən bir milyona yaxın pul tələb edən tiktoker - Ev dustaqlığına buraxıldı

Bir neçə gün əvvəl sevgilisini şantaj etmə ittihamı ilə həbs edilən tiktoker Aybəniz Xəlilova ev dustaqlığına buraxılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun vəkili Salman Qasımov məlumat verib.
Vəkil deyib ki, Suraxanı Rayon Məhkəməsinin 4 aylıq həbs qətimkan tədbiri qərarından verdikləri şikayət təmin edilib.
Bakı Apellyasiya Məhkəməsi müvəkkili haqda seçilmiş 4 aylıq həbsi ev dustaqlığı ilə əvəz edib.
“Bəniz” kimi tanınan tiktoker məhkəmə zalından sərbəst buraxılıb.
Qeyd edək ki, “Bəniz” sevgili münasibətində olduğu Xalid Kərimovun şikayəti ilə cinayət məsuliyyətinə cəlb edilib.
İttihama görə, xanım tiktoker Xalidi müxtəlif foto və vidoları ilə şantaj edərək ondan 836 min manat tələb edib.
Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsinin iki bəndi ilə ittiham elan edilib. Suraxanı Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçmişdi.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












