Sevgilisinin maşınını sürdü, Özbəkistan vətəndaşının üstündən keçdi

Abşeronda Özbəkistan vətəndaşının ölümündə təqsirləndirilən qadın sürücüyə hökm oxunub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxs Zümrüd Paşayeva 5 il azadlıqdan məhrum edilib. Məhkəmə onun himayəsində 6 yaşlı övladının olmasını nəzərə alaraq, məhkəmə qərarının icrasını təxirə salıb. Azyaşlı uşaq 14 yaşına çatandan sonra qadının barəsində olan hökmün icrasına başlanacaq.
İttihama görə, hadisə Abşeron rayonu, Xırdalan şəhəri, "AAF Park" yaşayış kompleksinin yaxınlığında baş verib.
Həmin yaşayış kompleksində yaşayan, 1986-cı il təvəllüdlü Zümrüd Paşayeva qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı şəxslə birlikdə Xırdalan şəhərindəki marketlərdən birinə daxil olub, bazarlıq ediblər. Marketdən çıxandan sonra Z.Paşayeva həmin şəxsə məxsus "Mercedes" markalı avtomobili idarə etmək istəyib. Z.Paşayevanın sürücülük hüququ olmasa da, sevgilisi ona avtomobili idarə etməyə icazə verib. Qadın sükan arxasına əyləşərək, avtomobili hərəkətə gətirib. O, bir neçə dəqiqə avtomobili idarə etdikdən sonra Özbəkistan vətəndaşı Viktoriya Qroxotova maşının qarşısına çıxıb və Z.Paşayeva özünü itirərək onu vurub, üstündən keçib.
Piyada aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilsə də 11 gün sonra dünyasını dəyişib.
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO












