Sığorta qalmaqalı: “Ata Sığorta” qazini aylardır süründürür - FOTOLAR

Bu gün Azərbaycanda vətəndaşların narazılığına səbəb olan, onların problemlərinin həllinə laqeyd yanaşan qurumlardan biri də sığorta şirkətləridir. Zaman-zaman dövlət və özəl sığorta şirkətləri ilə bağlı vətəndaş şikayətləri yerli mediada işıqlandırılsa da, hələ də bəzi sığorta şirkətləri daşınan və ya daşınmaz əmlaka dəymiş zərərin ödənilməsində süni əngəllər yaradır.
Avtosfer.az konkret.az-a istinadən xəbər verir ki, Vətən müharibəsi qazisi Mehman İsmayılov da onu uzun müddət süründürməçiliyə məruz qoyan və dəymiş ziyanı ödəməkdən yayındığını iddia etdiyi “Ata Sığorta” ASC-dən narazıdır.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, Mehman İsmayılovun adına olan “Kia” markalı, 99 ZP 545 dövlət nömrə nişanlı avtomobil yaxın qohumu Nərgiz Qasımova tərəfindən etibarnamə əsasında idarə edilərkən 3 dekabr 2025-ci il tarixində yol-nəqliyyat qəzasına məruz qalıb. Aparılan araşdırmalar nəticəsində qəzanın digər avtomobilin sürücüsü tərəfindən törədildiyi sübuta yetirilib. Buna baxmayaraq, sığorta ödənişi ilə bağlı ciddi problemlər yaranıb.
Nərgiz Qasımovanın redaksiyamıza bildirdiyinə görə, ilkin mərhələdə avtomobillərinin sığortalı olduğu “Atəşgah Sığorta” tərəfindən ödəniş ediləcəyi bildirilsə də, sonradan imtina cavabı verilib. Səbəb kimi isə qəzanı törədən avtomobilin hansı sığorta şirkətində sığortalandığı əsas götürülüb. Nəticədə zərərçəkən tərəf qəzanı törədən avtomobilin sığortalı olduğu “Ata Sığorta” ASC-yə yönləndirilib.
Lakin iddialara görə, “Ata Sığorta” tərəfindən proses süni şəkildə uzadılır və avtomobilin təmiri üçün tələb olunan vəsait hələ də ödənilməyib. Zərərçəkənlər bildirirlər ki, sığorta şirkətinin məsələnin həllini ləngitməsi səbəbindən avtomobil uzun müddətdir yararsız vəziyyətdə qalıb.

Süründürməçilikdən bezən avtomobilin sahibi Mehman İsmayılov və yaxın qohumu Nərgiz Qasımova məsələnin ictimailəşdirilməsindən başqa çıxış yolu görmədiklərini bildirirlər.
Qazi Mehman İsmayılov saytımıza açıqlamasında qeyd edib ki, avtomobil onun adına olduğu üçün bütün sənədləşmə işlərini şəxsən özü həyata keçirib:
“Hadisədən bir aydan çox vaxt keçməsinə baxmayaraq, ödənişdən yayınmaq üçün hər gün fərqli bəhanələr gətirilir. “Ata Sığorta”ya iki dəfə müraciət etmişəm, lakin nəticə yoxdur. Son çarə olaraq qazi olduğumu bildirdim ki, bəlkə buna hörmət edərlər. Təəssüf ki, bunun da faydası olmadı. İndi isə deyirlər ki, guya iş maliyyə mərhələsindədir. Bu qədər vaxtın uzadılmasının səbəbini anlaya bilmirik”.
Məsələ ilə bağlı “Ata Sığorta” ASC ilə əlaqə saxladıq. Şirkətdən bildirildi ki, sığorta ödənişi hazırda maliyyə mərhələsindədir və 2–3 gün ərzində vəsaitin köçürülməsi nəzərdə tutulur.
Ümid edirik ki, şirkət verdiyi vədi yerinə yetirəcək və vətəndaşın problemi yaxın günlərdə öz həllini tapacaq.
Yeni dələduzluq növü: Xarab telefonu qəsdən avtomobilə vuraraq pul tələb edir - VİDEO
Zaqatalada güclü külək FƏSADLAR YARATDI: Aşman ağaclar avtomobil yolunu bağladı - FOTOLAR
Xanım sərnişin taksidə siqaret çəkmək istədi – Sürücü... - VİDEO
Bakıda yeniyetməni oğurluğa cəlb edən şəxs 6 il azadlıqdan məhrum edildi
“TikTok”da canlı yayım açıb tülküyə işgəncə verdi: “Hədiyyə göndərməsəniz…” - VİDEO
Mərdəkanda dənizdə 4 nəfər batdı; 3-nün meyiti tapıldı - YENİLƏNİB
“Dərnəgül”də təhlükəli anlar: Piyada az qala avtobusun altında qalırdı - VİDEO
Bilgəhdə hərəkətdə olan avtomobil qəfil alovlandı - VİDEO
Keçiddən keçməyən piyada qəzaya səbəb oldu - REAL VİDEO
Maşınların şüşəsini qırıb oğurluq edən şəxs SAXLANILDI - FOTO - VİDEO
Dəhşətli qəza ilə bağlı şahidlər danışdılar: "Hadisə səkinin üzərində baş verib" - VİDEO

















