Sinif yoldaşını qətlə yetirən yeniyetməyə - 7 il 6 ay həbs verildi

Dostu və sinif yoldaşı olmuş yeniyetməni qətlə yetirməkdə təqsirləndirilən 16 yaşlı Ceyhun Nəcəfovun (ad-soyad şərtidir) məhkəməsi yekunlaşıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə yeniyetmə Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib.
Belə ki, qətl hadisəsi ötən ilin 1 oktyabr tarixində Şəmkirin Mahmudlu kəndində qeydə alınıb. Məlum olub ki, öldürülən 2008-ci il təvəllüdlü İlham Abdullayevlə Ceyhun Nəcəfov orta məktəbdə bir sinifdə oxuyublar. İlham keçən il 9-cu sinfi bitirdikdən sonra təhsilini Şəmkir Peşə Liseyində davam etdirib.
Hadisə isə Ceyhunun İlhama etdiyi zarafata görə baş verib. Belə ki, qətldən 2 gün əvvəl Ceyhun çırtladığı tumu İlhamın üzünə atıb və tərəflər arasında münaqişə olub. Onların davası növbəti günlərdə də davam edib və Ceyhun özü ilə gətirdiyi bıçaqla küçədə İlhamı vuraraq qaçıb.
Mərhumun anası bildirib ki, hadisə vaxtı Ceyhuna başqa bir dostu da kömək edib. O həmin şəxsin də məsuliyyətə cəlb edilməsini tələb edib və Ceyhuna ömürlük həbs verilməsini istəyib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Nəcəfova 7 il 6 ay həbs cəzası verilib.
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO












