Sinif yoldaşının ölümündə təqsirləndirilən məktəbliyə hökm oxunub

Futbol oynayarkən ehtiyatsızlıqdan sinif yoldaşının ölümünə səbəb olmaqda təqsirləndirilən İ.M-ya hökm oxunub.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə o, 9 il müddətə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxsin vəkili məhkəmədə çıxışı zamanı bildirib ki, müvəkkili zərərçəkmiş tərəfə barışıq təklif etsə də, qarşı tərəf bununla razılaşmayıb:
"Onlar sinif yoldaşı olub, hadisə futbol oynayan zaman baş verib. Müvəkkilimin sinif yoldaşını öldürmək fikri olmayıb. Oyun zamanı aralarında mübahisə baş verib. İ.M sinif yoldaşına yumruq vurub. O, huşunu itirib, daha sonra ayılıb. Hadisədən bir neçə gün sonra ölüb. Müdafiə etdiyim şəxs affekt vəziyyətində olub. Müvəkkilimə cəza həddindən aşağı, şərti cəza verilməsini xahiş edirəm".
Qeyd edək ki, təqsirləndirilən İ.M Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












