Stansiya müdirinin həmin görüntüləri ilə bağlı - Açıqlama - VİDEO

16 saylı Binəqədi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının müdiri Billur Tağıyevanın işçiləri incitməsi ilə bağlı iddialar yayılıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə işçilərdən birinin halının pisləşdiyi, digər əməkdaşların ona yardım etdiyi görünür.
Görüntülərin onun kabinetində gizli şəkildə qeydə alındığı bildirilir.
İddia olunur ki, B. Tağıyeva işçilərlə çox kobud davranır, onlara qarşı xoş olmayan rəftar sərgiləyir.
Yayılan ittihamlarla bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, B.Tağıyeva ilə bağlı deyilənlər həqiqəti əks etdirmir.
“16 saylı Binəqədi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının müdiri Büllur Tağıyeva və bəzi əməkdaşlarla bağlı yayılan videogörüntü tərəfimizdən araşdırılıb.
Sözügedən hadisə iki il əvvəl baş verib. Araşdırma zamanı müəyyən olunub ki, stansiyada çalışan xadimə və tibb bacısı arasında yaranmış mübahisə ilə əlaqədar stansiya müdiri Büllur Tağıyeva məsələni aydınlaşdırmaq məqsədilə əməkdaşları otağına dəvət edib. Müzakirə zamanı tibb bacısı stres səbəbindən özünü pis hiss edərək huşunu itirib və yerə yıxılıb. Dərhal onun vəziyyəti qiymətləndirilib, tibbi yardım göstərilməsi üçün tibb işçiləri cəlb olunub.
Sonradan əməkdaşlar arasında yaranmış anlaşılmazlıq aradan qaldırılıb və məsələ həllini tapıb. Aparılan araşdırma zamanı əməkdaşlara qarşı hər hansı psixoloji təzyiq və ya etik davranış normalarından kənar hərəkət halları müəyyən edilməyib”.
Qeyd edək ki, daha əvvəl də B.Tağıyevanın adı qalmaqalla gündəmə gəlib. Mətbuatda onun işçilərdən rüşvət alması ilə bağlı məlumatlar yayılsa da, özü iddiaları təkzib etmişdi.
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












