Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər

Hadisə 1 Oktyabr 2026 17:09
Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər
WhatsApp kanalımıza abunə olun

"Avtomobil idarə edərkən, xüsusilə də cütlüklərdən biri sükan arxasında olduqda ailədaxili münaqişələrdən qaçmaq tövsiyə olunur".

Avtosfer.az xəbər verir ki, bunu rusiyalı psixoloq Olqa Umanova Gazeta.ru-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, mübahisə zamanı sürücünün diqqəti, idrak qabiliyyəti və vəziyyəti düzgün qiymətləndirmək bacarığı kəskin şəkildə pisləşir. Mütəxəssis xəbərdarlıq edib ki, avtomobildə baş verən münaqişələr sadəcə məişət anlaşılmazlığı deyil, əksər cütlüklərin fərqinə varmadığı ciddi təhlükəsizlik riskidir.

"Avtomobil idarə edərkən münasibətləri aydınlaşdırmaq həddindən artıq gərginliklə müşayiət olunan xroniki stres deməkdir".

Psixoloqun sözlərinə görə, münaqişə zamanı insan beyni yoldakı vəziyyətə deyil, qəzəb və inciklik hisslərinə fokuslanır. Nəticədə sürücünün qarşıda hərəkət edən və qəfil əyləcləyən nəqliyyat vasitəsinə reaksiyası xeyli ləngiyir.

Umanova qeyd edib ki, faciəli nəticədən qaçmaq üçün məhz bu itirilmiş saniyələr həlledici ola bilər. Mütəxəssisin bildirdiyinə görə, orqanizmdə kortizol və adrenalin səviyyəsinin artması instinktiv "qaç və ya vur" reaksiyasını aktivləşdirir. Bu zaman sürücünün göz bəbəkləri böyüsə də, diqqət sahəsi daralır və "tunel görməsi" yaranır.

Belə vəziyyətdə avtomobil idarə edən şəxs periferik obyektləri - "kor zonalarda" olan avtomobilləri, velosipedçiləri və səkidəki piyadaları görməkdə çətinlik çəkir.

Umanova əlavə edib ki, əsəbi və ya kədərli vəziyyətdə avtomobil idarə edən şəxs məsafəni və sürəti düzgün qiymətləndirmək qabiliyyətini də itirə bilər. Bu zaman nəqliyyat vasitəsi şüuraltı olaraq mənfi enerjini çıxarmaq və ya qisas almaq vasitəsinə çevrilir.

Nəticədə sürücü qəzəbini avtomobili idarəetmə tərzinə yansıdır, kəskin manevrlər edir, yol nişanlarına məhəl qoymur və digər hərəkət iştirakçıları üçün təhlükə yaradır.

Oxunub : 124
ŞƏRH YAZ
Ad

E-mail

Şərh