Sükan arxasında sərxoş tutulan nazir həm avtomobilindən, həm də vəzifəsindən oldu

Bir neçə həftə əvvəl sükan arxasında sərxoş vəziyyətdə saxlanılan Litvanın rifah naziri Reynis Uzunliekslə bağlı vəziyyət məlum olub.
Avtosfer.az xəbər verir ki, prokurorluq onun işinin məhkəməyə göndərildiyi ilə bağlı məlumat yayıb. O, nəqliyyat vasitəsini sərxoş halda idarə etməkdə təqsirləndirilir. İttiham aktı 2 həftə əvvəl tərtib olunsa da, indi ictimailəşdirilib.
Qeyd edək ki, Uzunlieks ictimai tədbirdən çıxdıqdan sonra onun avtomobilini polis saxlayıb. Nazir ilk olaraq alkoqol müayinəsindən imtina edib. Lakin xəstəxanada yoxlama zamanı qanında 3,09 promil spirt aşkar edildiyi üçün o, istintaq təcridxanasında yerləşdirilib. Avtomobil isə müsadirə edilib.
Bu hadisə Reynis Uzunlieksin karyerasına ciddi zərbə vurub. Təcridxanadan çıxmamış üzv olduğu Yaşıllar partiyası onu nazir postundan geri çağırıb, partiyadan xaric edib.
Litva qanunvericiliyinə görə, qanında 1,5 promildən çox spirt olan sürücünün avtomobili müasirə edilir və əksər hallarda Ukraynaya göndərilir. Vəziyyətdən asılı olaraq sürücü 1 ilədək azadlıqdan məhrum edilə də bilər.
Qanunvericilikdə bir maraqlı məqam da var: adətən keçmiş sovet respublikalarında qanunvericilik sərxoş sürücünün etibarnamə ilə idarə etdiyi avtomobili müsadirə etməyə və ya cərimə meydançasına qoymağa icazə vermir (sərxoş sürücü maşınən sahibini çağırır, vəssalam). Litvada qanuna edilən son dəyişikliyə görə, sürücünün sərxoşluğu zamanı avtomobil başqasının adına olduqda sahibi nəqliyyat vasitəsini cərimə meydançasından çıxarmaq üçün bazar qiymətinin yarısı qədər pul ödəməlidir.
Maşını etibarnamə ilə satanlar isə bir qayda olaraq bu pulu ödəmədiyi üçün nəqliyyat vasitəısi ömrünü Ukrayna cəbhəsində başa vurur.
Vüqar
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












