Sumqayıtda 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən idman müəllimindən XƏBƏR VAR

Sumqayıtda 7 yaşlı uşağın ölümünə səbəb olmaqda təqsirləndirilən idman müəllimi Mehman Xəlilovun barəsində olan hökmdən verdiyi kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Avtosfer.az APA-ya istinadən xəbər veri ki, bu gün Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin şikayətini geri götürmək üçün məhkəməyə ərizə təqdim etdiyi bildirilib.
Təqsirləndirilən şəxsin vəkili deyib ki, zərərçəkən tərəflə danışıqlar getdiyi üçün bu addım atılıb: "Tərəflər arasında barışıqla bağlı danışıqlar gedir və müsbət istiqamətdə irəliləyiş var. Bu addım işin təqsirləndirilən şəxs üçün yüngülləşdirici hal kimi qəbul edilməsi məqsədilə atılıb".
Məhkəmə müşavirə keçirib və ərizə qəbul edilib.
Qeyd edək ki, 2023-cü il aprelin 29-da 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.
Daha sonra istintaq dövründə Mehman Xəlilova verilən ittiham dəyişdirilərək 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsinə ittiham verilib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Xəlilov 19 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.
Sumqayıt Apellyasiya Məhkəməsi I instansiya məhkəməsinin qərarını dəyişdirməyib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












