Sumqayıtda iki avtomobil toqquşdu, biri yandı - VİDEO - YENİLƏNİB

Sumqayıt şəhərində iki avtomobilin toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsində xəsarət alanların son vəziyyəti məlum olub.
Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, yanvarın 12-də, saat 23:50-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına iki nəfər (kişi) hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan şəxslərə Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri stabildir", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, hadisə zamanı 1983-cü il təvəllüdlü Şahin Şahsuvar oğlu Səmədovun idarə etdiyi KIA markalı, 77-FG-202 dövlət nömrə nişanlı avtomobil 1989-cu il təvəllüdlü Əmir Vüqar oğlu Alcanlının idarə etdiyi "Toyota Prius" markalı, 77-NG-804 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə yoldan çıxan "Toyota Prius" markalı avtomobil yanıb. Qəza nəticəsində Ş.Səmədov və Ə.Alcanlı xəsarət alıblar./oxu.az
***10:24
Sumqayıt şəhərində iki avtomobilin toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsinin detalları məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə zamanı avtomobillərdən biri yanıb. İki nəfərin xəsarət aldığı bildirilir.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) faktı təsdiqləyib.
Qeyd olunub ki, sözügedən yol-nəqliyyat hadisəsi Sumqayıt şəhəri Bulvar küçəsində yanvarın 12-də, saat 23:38-də qeydə alınıb.
"1983-cü il təvəllüdlü Şahin Şahsuvar oğlu Səmədovun idarə etdiyi KIA markalı, 77-FG-202 dövlət nömrə nişanlı avtomobil 1989-cu il təvəllüdlü Əmir Vüqar oğlu Alcanlının idarə etdiyi "Toyota Prius" markalı, 77-NG-804 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə yoldan çıxan "Toyota Prius" markalı avtomobil yanıb. Hadisə zamanı Ş.Səmədov və Ə.Alcanlı xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.
***09:54
Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Bulvar küçəsində qeydə alınıb.
İlkin məlumata görə, iki minik avtomobili toqquşub. Qəza nəticəsində avtomobillərdən birində yanğın baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri və Təcili Tibbi Yardım briqadası cəlb olunub. Qəza zamanı xəsarət alanların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO











