Sumqayıtda partlayışda xəsarət alanların biri ÖLDÜ

Sumqayıtda ötən həftə müəssisədə baş vermiş partlayış nəticəsində xəsarət alan şəxslərin biri vəfat edib.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, hər iki şəxs oktyabrın 23-ü saat 11:00 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. Baş-boynun termiki və kimyəvi yanığı diaqnozu təyin edilən 1973-cü il təvəllüdlü və gövdənin, baş-boynun termiki və kimyəvi yanığı diaqnozları təyin edilən 1982-ci il təvəllüdlü şəxslərə xəstəxananın Təcili yardım şöbəsində müvafiq tibbi yardımlar göstərilib.
Daha sonra hər iki şəxs ixtisaslı tibbi xidmətin göstərilməsi üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub. Təxliyə olunan yaralılardan biri - 1973-cü il təvəllüdlü şəxs burada bir müddət müalicə aldıqdan sonra ambulator müalicə üçün evə buraxılıb.
Tibb müəssisəsinə gətirilərkən bədənin 90-93% termiki yanığı diaqnozu təyin edilən 1982-ci il təvəllüdlü şəxs isə vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən bütün zəruri tibbi yardıma və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, pasiyentin 29 oktyabr tarixində yanıq toksemiyası səbəbilə ölüm faktı qeydə alınıb.
Xatırladaq ki, hadisənin qaz sızması səbəbindən baş verdiyi bildirilir.
(qafqazinfo)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












