Sumqayıtda TƏHLÜKƏ: Azyaşlıları təhdid edən şəxslə bağlı ARAŞDIRMALARA BAŞLANILDI - VİDEO - YENİLƏNİB

Sumqayıt şəhəri, 41-ci məhəllədə azyaşlıları bıçaqla təhdid edən 88 yaşlı şəxs müəyyən olunub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, onunla bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
***11:23
Sumqayıt şəhəri, 41-ci məhəllədə azyaşlıları bıçaqla təhdid edən şəxslə bağlı araşdırmalara başlanılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli məlumat verib.
O qeyd edib ki, sözügedən məsələ ilə bağlı araşdırma aparılır.
***
Sumqayıt şəhəri, 41-ci məhəllədə bıçaqlı şəxs azyaşlılara hücum edir.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a daxil olan şikayətdə qeyd olunub.
Şikayətçilərin sözlərinə görə, Şahhüseyn Qəmbərov adlı şəxs mütəmadi olaraq əlində bıçaqla həyətə çıxaraq azyaşlıları təhdid edir:
"Uşaqları həyətə buraxa bilmirik. Hər gün əlində bıçaqla gəzir, uşaqların üstünə gedir. Dəfələrlə polisə müraciət etmişik. Gəlib aparırlar, lakin qısa müddət sonra yenidən sərbəst buraxılır".
Sakinlər bildiriblər ki, sözügedən şəxs 2024-cü ildə azyaşlıya kəsici alətlə xəsarət yetirib:
"Daha sonra sərbəst buraxılıb. Özü tək yaşayır. Yaşadığı evi əxlaqsızlıq yuvasına çevirib, orada tez-tez narkotik istifadəçiləri toplaşırlar. İkinci təhlükəli hadisə baş vermədən bunun qarşısı alınmalıdır".
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












