Sumqayıtda usta döyüldü - Cəld ol, maşınımı düzəlt!

Sumqayıt şəhərində 36 yaşlı kişi tanışına xəsarət yetirib.
Avtosfer.az demokrat.az-a istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Ramin işlədiyi, Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən təmir sexində olan zaman tanıdığı Rəşad onun sexinə gəlib və kobud şəkildə ondan avtomobilin sürətlər qutusunu təmir etməyi tələb edib.
Bu zaman Ramin təmir etməkdən imtina etdiyi üçün onun ünvanına söyüş işlətməsinə görə aralarında baş vermiş mübahisə zamanı yumruqla Rəşadın sifətinə vurub, ona xəsarət yetirib.
Raminin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Ramin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, avtomobil ustası işləyir:
"Rəşad müştəri qismində işlədiyim təmir sexinə gəldi və avtomobilini düzəltmək üçün müraciət etdi. Onun xasiyyətcə kobud və zəhmət haqqı verməyən biri olduğu üçün bundan imtina etdim. Buna görə də Rəşad məni söydü, yumruqla üzümə vurmaq istəyən zaman başımı çəkdim. Əsəbləşərək Rəşadın üzünə iki dəfə yumruqla vurdum".
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışması nəzərə alınıb, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












