Sumqayıtda “Xəstə uşağım var” deyə dələduzluq edən keçmiş direktora cəza

Sumqayıt şəhərində fəaliyyət göstərən “Edinaya Roşka” və “Kolobok” uşaq bağçalarında direktor vəzifəsində işləmiş Zərinə Səfixanovanın məhkəməsi başa çatıb. Avtosfer.az xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq – təkrar törədildikdə), 178.2.3 (Dələduzluq – şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (Dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinib və 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında, kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. İş materiallarına əsasən, o, “xəstə uşağım var” bəhanəsi ilə 11 nəfərdən pul alaraq geri qaytarmayıb. Bundan əlavə, mediada yayılan məlumatlarda isə Zərinə Səfixanovanın tanışı Şahmar Abdullayevlə birgə 50-yə yaxın vətəndaşı kurs və iş vədi, saxta qəbz və sertifikatlarla aldadaraq külli miqdarda vəsaiti mənimsədiyi bildirilmişdi. /Qaynarinfo/
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












