Sumqayıtda yolun çökməsi genişlənir: Obyektlər hər an uça bilər - VİDEO

Sumqayıtın Üzeyir Hacıbəyov küçəsində avtomobil yolunda çökmə baş verib.
Avtosfer.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, yolun çökmüş hissəsi getdikcə genişlənərək yaşayış binasına doğru irəliləyir. Mövcud vəziyyət yaxınlıqdakı obyektlər üçün də təhlükə yaradır. Belə ki, onların hər an uçma ehtimalının olduğu bildirilir.
İlkin məlumata görə, yolun altından keçən iridiametrli kanalizasiya kollektorunun partlaması nəticəsində asfalt örtüyü çöküb. Çökmənin hər gün daha da genişləndiyi qeyd olunur.
Hadisə yerində təhlükəsizlik məqsədilə mühafizə tədbirləri görülsə də, problem hələlik aradan qaldırılmayıb.
Məsələ ilə bağlı Sumqayıt Sukanal İdarəsindən bildirilib ki, əraziyə baxış keçirilib və insanların təhlükəsizliyi nəzərə alınaraq ərazi tam mühafizəyə götürülüb.
Qeyd olunub ki, qəzanın aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görüləcək və problem qısa müddət ərzində həllini tapacaq.
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO












