Sürücü huşunu itirsə də, şagirdlər özlərini itirmədilər – VİDEO

ABŞ-ın Mississippi ştatında hərəkətdə olan məktəb avtobusunun sürücüsünün huşunu itirməsi ciddi təhlükə yaradıb.
Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Henkok Orta Məktəbi şagirdlərinin olduğu avtobusda baş verib.
Bu zaman şagirdlər təşvişə düşmək əvəzinə operativ qərar veriblər.
Altıncı sinif şagirdi Cekson Kaznav sükanı nəzarətə götürüb, Darrius Klark isə əyləcə basaraq avtobusu dayandırıb. Digər şagirdlərdən biri 911 xidmətinə zəng edib, başqa biri isə məktəb rəhbərliyinə məlumat verib. Səkkizinci sinif şagirdi Destini Kornelius isə huşunu itirən sürücüyə dərmanını verərək ilkin yardım göstərib.
Hadisə yerinə gələn xilasedicilər sürücüyə tibbi yardım göstəriblər. Rəsmi şəxslər bildiriblər ki, şagirdlərin soyuqqanlı davranışı sayəsində qəzanın qarşısı alınıb. Səhhətinin yaxşı olduğu açıqlanan sürücü Leah Taylor şagirdlərin onun və digər uşaqların həyatını xilas etdiyini deyib.
Qəhrəmanlıq göstərən şagirdlər daha sonra məktəbdə təşkil olunan tədbirdə xüsusi olaraq mükafatlandırılıblar.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












