Sürücülərin "qaranlıq imtahanı": Magistral yolda işıqlar niyə söndürülüb? - VİDEO

Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonu ərazisindən keçən hissəsində uzun müddətdir davam edən işıqlandırma problemi sürücülər və sakinlər üçün ciddi təhlükə mənbəyinə çevrilib.
Avtosfer.az xəbər verir ki, Qaracallı, Alpi, Quləbənd, Qaradağlı, Qaziqumlaq və digər kəndlərin ərazisindən keçən magistralda işıq dirəkləri mövcud olsa da, onların əksəriyyəti işlək deyil. Nəticədə yol gecə saatlarında tam qaranlıq olur.
Sürücülər bildirirlər ki, xüsusilə qış aylarında, dumanlı və yağışlı havalarda vəziyyət daha da təhlükəlidir. Yolun nə asfalt örtüyü, nə də xətləri görünür.
Sakinlərin sözlərinə görə, problem illərdir davam edir. Əvvəllər yol işıqlandırılsa da, sonradan işıqlar tamamilə söndürülüb. Eyni magistral yolun digər rayonlardan keçən hissələrində işıqlandırmanın işlək vəziyyətdə olması, Ucar ərazisində isə yanmaması sual doğurur.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən təsdiqləyiblər ki, yolun bəzi hissələrində bu vəziyyət müşahidə olunur. Problemin aradan qaldırılması ilə bağlı təkliflər hazırlanıb və maliyyə vəsaiti ayrıldıqdan sonra işıqlandırma sistemi bərpa ediləcək.
Azərbaycanda dəhşətli hadisə: İki nəfər minaya düşdü
Qadın müştəri kimi mağazaya girdi, qızılı ovucunda gizlədib apardı - VİDEO
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO












