Sürücülük vəsiqəsi olmayan gənc beş yaşlı qızın ölümünə səbəb oldu – VİDEO

Serbiyada sürücülük hüququ olmayan şəxs idarəetməni itirərək səkidə hərəkət edən iki uşaqlı ailəni vurub.
Avtosfer.az xəbər verir ki, dəhşətli qəza nəticəsində 5 yaşlı qız uşağı həyatını itirib, 4 nəfər isə yaralanıb.
Məlumata görə, 26 yaşlı J.A.-nın idarə etdiyi avtomobil ötmə əməliyyatı həyata keçirərkən qarşıdan gələn nəqliyyat vasitəsilə toqquşub. Zərbənin təsirindən idarəetmədən çıxan nəqliyyat vasitəsi əvvəlcə ağaca, daha sonra isə uşaq arabası ilə yürüş edən ailəyə çırpılıb.
Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan 5 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb. 32 yaşlı ana və digər azyaşlı qızının müalicəsi isə xəstəxanada davam etdirilir./bizim.media
Araşdırmalar zamanı sürücülük vəsiqəsinin olmadığı üzə çıxan 26 yaşlı J.A. hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı genişmiqyaslı təhqiqat aparılır.
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO












