Taksi sürücüsü ilə videolarına görə arvadını öldürdü - VİDEO

Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Bəxtiyar Vəliyevin məhkəmə prosesi başa çatıb.
Avtosfer.az xəbər verir ki, hadisə qısqanclıq zəminində yaranmış mübahisə nəticəsində baş verib.
Məlumata görə, Vəliyev həyat yoldaşının mobil telefonunda tasksi sürücüsü ilə gördüyü bəzi foto və videolara görə onunla mübahisə edib. Qısqanclıq zəminində başlayan mübahisə qısa zamanda davaya çevrilib və təqsirləndirilən şəxs həyat yoldaşına 11 bıçaq zərbəsi ilə xəsarət yetirərək onun ölümünə səbəb olub.
Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olduqdan sonra Vəliyev saxlanılıb və barəsində cinayət işi başlanılıb. İstintaq materiallarına əsasən, o, törətdiyi əməli etiraf edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini tələb edib. Məhkəmənin hökmü ilə Bəxtiyar Vəliyev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib.
Hökm elan olunduqdan sonra məhkəmə prosesi yekunlaşıb.
Qeyd edək ki, son aylarda ölkədə ailə münaqişələri zəminində baş verən qətl hadisələrinin artması ictimai narahatlığa səbəb olub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












