Taksi sürücüsü sükan arxasında YATDI: 3 nəfər ÖLÜMDƏN DÖNDÜ - FOTO

"Bolt" şirkətindən kəskin şikayət var. Sözügedən şirkətdən taksi xidməti sifariş edən müştəri bədbəxt vəziyyətlə üzləşib. O, bu barədə sosial şəbəkələrdə paylaşım edib. Şikayətçi iddia edir ki, o, 30 yanvar tarixində taksi sifariş edib və başına gəlməyən qalmayıb: "Mənim şikayətim Boltdandır. 30 yanvar tarixində HB güvən klinikasından Buzovna istiqamətinə taksi sifariş etdim. Taksi gələn kimi əyləşdik. Qala yolu istiqamətində hərəkət edərkən, sürücü sükan arxasında yuxuladı və qəza hadisəsi baş verdi. Nəticədə anam kəllə beyin travması, mən alının kəsilmiş-cırılmış yarası, oğlum 2 yaş 9 aylıq uşaq isə sağ ayağın sınığı ilə xəstəxanaya yerləşdirildik.
Bu şirkət harada narkoman, küçədən keçən, özünü tanımayan varsa, hamısına maşın verib salıb camaatın canına. Allahın lənəti olsun sizə. Yazmaqda məqsədim, ay millət, özünüzü qoruyun, daha diqqətli olun. Maksimum dərəcədə istifadə etməməyə çalışın". (ajans.az)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












