Tanınmış kolumbiyalı model avtomobilində güllələndi

Məşhur kolumbiyalı model Endji Marsela Ramires Varqas Kolumbiyanın Pitalito şəhərində güllələnib.
Avtosfer.az xəbər verir ki, bu barədə "Need To Know" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, hücum iyulun 24-də 27 yaşlı qız idman zalından evə qayıdarkən baş verib. İşıqforda dayanarkən onun maşınına yaxınlaşan motosikletdəki sərnişin qıza bir neçə dəfə atəş edib.
Çoxsaylı güllə yarası alan zərərçəkən xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Silahlı hücum barədə məlumat daxil olduqdan sonra asayiş keşikçiləri şəhərin çıxışlarını bağlayaraq cinayətkarların axtarışına start veriblər. Əməliyyat nəticəsində atəş açmaqda şübhəli bilinən 47 yaşlı Ermes Kuelyar isti izlərlə ələ keçirilib.
Polis əməkdaşları qətldə istifadə olunduğu güman edilən odlu silahı və motosikleti də taparaq müsadirə ediblər. Cinayətin digər iştirakçısının axtarışları isə davam etdirilir.
Bildirilir ki, Endji Varqas həm modellik fəaliyyəti, həm də sahibkarlıqla məşğul olub. Hüquq-mühafizə orqanları qətlin hansı səbəbdən törədildiyini hələ ki dəqiqləşdirməyiblər.
Tovuzda dəhşət yaşandı - Bıçaqlananlar var…
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO












