Tanınmış sima otel otağında ÖLÜ TAPILIB - FOTO

Hadisə 3 İyun 2026 15:46
Tanınmış sima otel otağında ÖLÜ TAPILIB - FOTO
WhatsApp kanalımıza abunə olun

İncəsənət dünyasında daha çox Cerri Qoqosian (Jerry Gogosian) təxəllüsü ilə tanınan kurator və satirik Hilde Linn Helfenşteyn 40 yaşında vəfat edib.

Avtosfer.az xarici mediaya istinadən xəbər verir ki, Helfenşteyn mayın 31-də San-Pauludakı dəbdəbəli Rosewood São Paulo otelində yerləşən otaqlardan birində huşsuz vəziyyətdə aşkar edilib. Hadisə ilə bağlı "şübhəli ölüm" maddəsi üzrə istintaq başladılıb.

Otel rəhbərliyi qonağın bazar günü günortadan sonra otaqda huşsuz vəziyyətdə tapıldığını təsdiqləyib. Bildirilib ki, hadisənin ilk anlarından etibarən hüquq-mühafizə orqanları ilə tam əməkdaşlıq edilir və istintaq üçün tələb olunan bütün məlumatlar təqdim olunub.

San-Paulo hakimiyyəti 40 yaşlı qadının ölümü ilə bağlı araşdırmanın davam etdiyini açıqlasa da, ölüm səbəbi barədə hələlik rəsmi məlumat verməyib.

Yerli KİV-in məlumatına görə, otel əməkdaşları hadisə yerində boş araq şüşəsi, sınmış şüşə parçaları və mənşəyi məlum olmayan həblər aşkar ediblər. Bildirilir ki, Helfenşteyn telefon zənglərinə cavab vermədikdən sonra özünü plastik cərrah kimi təqdim edən şəxs polisə müraciət edib. Həmin şəxs qadının təxminən üç həftə əvvəl Braziliyada əməliyyat keçirdiyini bildirib.

Həmçinin yerli media mayın 30-da Helfenşteyn və onunla birlikdə olan şəxslərin sərxoş davranışları ilə bağlı şikayət daxil olduğunu yazıb.

Helfenşteyn 2018-ci ildə yaratdığı və qısa müddətdə böyük populyarlıq qazanan Jerry Gogosian adlı satirik İnstaqram səhifəsi ilə beynəlxalq şöhrət əldə etmişdi. İncəsənət bazarının qapalı və elit xarakterini satirik formada təqdim edən səhifənin təxminən 150 min izləyicisi var idi.

“Jerry Gogosian” adı incəsənət tənqidçisi Jerry Saltz və məşhur qalereyaçı Larry Gagosianın adlarının birləşməsindən yaranıb. Helfenşteyn uzun müddət anonim qalsa da, 2020-ci ildə şəxsiyyətini ictimaiyyətə açıqlamışdı.

O, fəaliyyət dövründə Art Smack podkastını və Jerry Report bülletenini yaradıb, həmçinin Sotheby’s hərrac evi və bir sıra lüks brendlərlə əməkdaşlıq edib. 2022-ci ildə Sotheby’s üçün gənc rəssamlara həsr olunmuş onlayn sərginin kuratoru olub.

Helfenşteynin fəaliyyəti yalnız satira ilə məhdudlaşmayıb. Onun 2020-ci ildə incəsənət dünyasında cinsi zorakılıq və təqiblərlə bağlı paylaşımları nüfuzlu Gagosian qalereyasının yüksək vəzifəli əməkdaşlarından birinin işdən çıxarılması ilə nəticələnmişdi.

Son illərdə isə o, yaratdığı onlayn personajdan uzaqlaşmağa çalışırdı. Ötən ilin iyununda Helfenşteyn Jerry Gogosian layihəsini dayandırmaq niyyətində olduğunu açıqlayaraq, “Mən həqiqətən Jerry olmağı sevirdim, amma artıq onunla vidalaşmağın vaxtıdır”, – demişdi.

Rəsmi bioqrafiyasına əsasən, Hilde Linn Helfenşteyn Nyu-York Universitetində MBA təhsili almışdı və müxtəlif çıxışlarında depressiya ilə mübarizəsindən açıq şəkildə bəhs edirdi./ajans.az

Oxunub : 100
ŞƏRH YAZ
Ad

E-mail

Şərh