Tanışını əvvəlcə avtomobillə vurub, sonra döyən şəxsməsuliyyətdən azad edildi

Şəki Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən İftixar Məmmədovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Avtosfer.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Akif Eyvazovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, zərərçəkmiş şəxsin apellyasiya şikayəti təmin edilməyib, Oğuz Rayon Məhkəməsinin hökmü ləğv edilib. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad olunub və Cinayət-Prosessual Məcəlləsinin 39.1.3 və 43.3-cü maddələrinə əsasən iş üzrə icraata xitam verilib.
İttihama görə, hadisə 2024-cü ildə Oğuz rayonunun Xalxal kəndi ərazisində yerləşən meşəlik sahədə qeydə alınıb.
Belə ki, İftixar Məmmədovla tanışı - rayonun Şirvanlı kənd sakini, zərərçəkmiş Qasım Kərimzadə (adı, soyadı şərtidir) arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Bu zaman təqsirləndirilən şəxs idarə etdiyi "Niva" markalı avtomobili ilə qəsdən zərərçəkmiş şəxsin sağ ayaq nahiyəsindən vurub. Bundan sonra avtomobildən düşərək mübahisəni davam etdirən İftixar Qasımın baş nahiyəsinə bir neçə dəfə yumruq zərbələri endirib.
Hadisə nəticəsində zərərçəkmiş şəxsə sağ qamış sümüyünün qapalı sınığı, təpənin sol yarısının əzilmiş-cırılmış yarası, sol alın-təpə nahiyəsinin sıyrığı, eləcə də sol əlin birinci daraq sümüyünün bayır səthinin qançırı ilə müşayiət olunan xəsarətlər yetirilib. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, həmin xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olmaqla sağlamlığa az ağır zərər vurma kateqoriyasına aid edilib.
Hadisədən sonra İftixar Məmmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Oğuz Rayon Məhkəməsinin hökmü ilə o, 1 il 5 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına (elektron qolbaq) məhkum edilib.
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO
Xaçmazda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Xəzər dənizində ZƏLZƏLƏ oldu - FOTO
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO










