Tayvanda məşq zamanı iki pilot öldü

Tayvanda iki pilotun həyatını itirdiyi qəzadan sonra T-34C təlim təyyarələrinin uçuşları qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Taipei Times" nəşri məlumat yayıb.
Ada dövlətin Hərbi Hava Qüvvələrinin rəisi, general-mayor Tszyan İçenin sözlərinə görə, hadisənin səbəbləri araşdırılan müddətdə bu növ aviasiya vasitələrinin istismarı tamamilə dayandırılıb:
"Bütün T-34C təyyarələrinin uçuşlarına ara verilib, pilotlar məşq etmək üçün müvəqqəti olaraq simulyatorlardan faydalanırlar".
Qəzetin məlumatına əsasən, hər iki heyət üzvü təcrübəli aviasiya mütəxəssisləri olub və uçuş zamanı mühərrikin sıradan çıxmasını imitasiya edən mürəkkəb tapşırığı icra ediblər. Qəza iyunun 2-də Qaosyun şəhəri yaxınlığındakı Qanşan aviabazası ərazisində baş verib.
Tszyan İçenin verdiyi bilgiyə görə, təyyarə bu il aprelin 9-da təhlükəsizlik yoxlanışından keçirilib və o vaxtdan bəri heç bir ciddi qüsur qeydə alınmayıb. O əlavə edib ki, pilotların heç biri hər hansı nasazlıq və ya problem barədə xəbərdarlıq etməyib, həmçinin görünüş məsafəsi daxil olmaqla hava şəraiti uçuşların həyata keçirilməsi üçün əlverişli olub. Hərbi Hava Qüvvələri tərəfindən qəzanın yaranma səbəblərini öyrənmək məqsədilə xüsusi əməliyyat qrupu yaradılıb.
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












