TƏBİB-lə bağlı 24 min manatlıq DƏLƏDUZLUQ

Tibbi Ərazi Bölmələrini İdarətetmə Birliyinə (TƏBİB) işə düzəltmək adı ilə vətəndaşlara qarşı ələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, Saatlı Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq - təkrar törədildikdə) və 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə mühakimə olunan Cavid adlı təqsirləndirilən şəxs 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İş materiallarından məlum olur ki, o, iki nəfəri TƏBİB-ə sürücü kimi işə düəzldəcəyini vəd edib. Bunun müqabilində onların hərəsindən 12 000 manat pul alıb. Bundan başqa, o, bir nəfəri də həbsdən azad etdirəcəyini vəd edərək buna görə 4000 manat pul alıb. Cavid sonradan vəd verdiyi etdiyi şəxslərdən yayınmağa başlayıb. Zərəçəkmişlər aldadıldıqlarını anlayaraq hüquq-mühafizə orqanlarına müraciət edib. Cavid saxlanıldıqdan sonra ona müvafiq maddələrlə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı barəsində həbs qətimkan tədbiri seçilib. Məhkəmə zamanı Cavid verilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












