“Təcili yardım hadisə yerinə 38 dəqiqəyə gəlib” - Avtobusun vurduğu piyada ölüb

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən avtobus sürücüsü barəsində məhkəmə hökmü elan edilib.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə paytaxtın Hövsan qəsəbəsində baş verib.
132 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu yola çıxan piyadanı vurub. Nəticədə 37 yaşlı Zaur adlı piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Faktla bağlı avtobus sürücüsü A. Məmmədov cinayət məsuliyyətinə cəlb olunub.
Məhkəmə istintaqı zamanı müəyyən edilib ki, sürücü ilə mərhumun ailə üzvləri arasında barışıq əldə olunub. Şahidlərin və sürücünün ifadələrinə görə, təcili tibbi yardım avtomobili hadisə yerinə çağırışdan 38 dəqiqə sonra gəlib. Gecikmənin səbəbi kimi yolların bağlı olması göstərilib.
Məhkəmənin hökmü ilə sürücü 3 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, 132 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu “Kral-Transport” MMC-yə məxsusdur.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












