Təhqir üstündə qətldə təqsirləndirilən yeniyetmələrə hökm oxunub

Bakıda təhqir üstündə törədilmiş qətldə təqsirləndirilən yeniyetmələr E.M. və Q. N.-in cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, EM. və Q.N. 7 il 9 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, hadisə ötən ilin iyununda Bakıda baş verib. Məlumata görə, yetkinlik yaşına çatmayan Q.N. və E.M. gecə saatlarında tanışları ilə birlikdə olduqları vaxt, sərxoş vəziyyətdə olan yeniyetmə N.B.-la aralarında mübahisə yaranıb. Mübahisəni aydınlaşdırmaq məqsədilə tərəflər "Əcəmi" metrosu yaxınlığına gediblər. Orada E.M. bıçaqla N.B.-ya hücum edərək onu qarın və bud nahiyəsindən yaralayıb. N.B. hadisə yerindən qaçsa da, sonradan xəstəxanada ölüb.
Hadisədən sonra E.M. və Q.N. saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228.4-cü (Qanunsuz olaraq silah gəzdirmə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












