Tələbənin ölümünə səbəb olan sürücüyə cəza verildi

Abşeron rayonunda tələbənin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Yaqub Məmmədovun (soyad şərtidir - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Y.Məmmədov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə Abşeron rayonunun Saray qəsəbəsində baş verib.
1961-ci il təvəllüdlü Namiq Sabir oğlu Ağayevin idarə etdiyi 16-19 saylı xətt üzrə işləyən PAZ markalı 10-JR-983 nömrə nişanlı avtobus 2005-ci il təvəllüdlü Cavidan İsmayıl oğlu Mirzəyevə məxsus "Khazar" markalı 20-EK-097 nömrə nişanlı avtomobillə toqquşub.
Hadisə nəticəsində öz avtomobilində sərnişin qismində olan Cavidan Mirzəyev qapalı kəllə beyin travması ilə xəstəxanaya yerləşdirilsə də, aldığı xəsarətdən orada dünyasını dəyişib.
Məlumata görə, Cavidan Mirzəyev tələbə olub. O, Türkiyənin Alanya Universitetində təhsil alırmış. Avtomobili idarə edən Yaqub isə onun dostu olub və bir neçə dəfə yol-hərəkəti qaydalarını kobud pozduğu üçün avtomobil sürmək hüququndan məhrum edilibmiş. Cavidan və Yaqub hadisə vaxtı Bakıdakı gecə klublarının birindən gəlirlərmiş. Cavidan spirtli içki qəbul etdiyindən onun avtomobilini Yaqub idarə edib və qəza törədib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












