Tələbənin ölümünə səbəb olan sürücüyə nə qədər cəza verilib?

Gəncə Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Alim Bəşirovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Avtosfer.az Pravda.az-a istinadla xəbər verir ki, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 5 oktyabr 2024-cü il tarixdə, saat 07:45-də Göygöl rayonunda qeydə alınıb.
Belə ki, Alim Bəşirovun idarə etdiyi "Opel" markalı avtomobillə VAZ-21015 markalı maşın toqquşub. Nəticədə Fariz Məhərrəmov (2006), Xəyal Rzayev (1984) və Heydər Hüseynov (2006) xəsarət alıblar. Sərnişin Ramal Qurbanzadə (2006) isə aldığı xəsarətdən dünyasını dəyişib.
Göygöl Rayon Məhkəməsinin hökmü ilə Alim Bəşirov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Fariz Məhərrəmov və Heydər Hüseynov, eləcə də qəza nəticəsində dünyasını dəyişən Ramal Qurbanzadə Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri olublar.
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO












